
ABŞ sərhədçiləri Ermənistana niyə gəlmir? - Ovannisyan
13:32
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada atəşkəslə razılaşmayıb, bu, münaqişəni dayandırmaq istəyinə ziddir.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karolina Levitt deyib.
“Oval kabinetdə Zelenski dərhal Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını irəli sürməyə başladı. Komandamız aktiv danışıqlar aparır və heç kəs Tramp qədər bu müharibəni bitirmək istəmir. O, seçkiöncəsi kampaniyası zamanı bu barədə danışıb, lakin proses üçün müvafiq addımlar gərəkdir. Zelenski isə atəşkəsə razılaşmayıb. Əgər müharibəni sonlandırmaq istəyirsinizsə, necə döyüşlərin dayandırılmasına razı ola bilməzsiniz?”, - deyə o bildirib.
Tarix
2025.03.02 / 21:48
|
Müəllif
Axar.az
|