
Dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı məlumat
19:07
Ana səhifə Siyasət |
![]() ![]() ![]() ![]() |
Azərbaycanda səfərdə olan Qazaxıstanın Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.
Axar.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstanın baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Tarix
2025.03.03 / 11:14
|
Müəllif
Axar.az
|