Yuxarı

HİV xəstəsinə səhv diaqnoz qoyuldu: həkim də yoluxdu?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
HİV xəstəsinə səhv diaqnoz qoyuldu: həkim də yoluxdu?

“Yaşam” klinikasının laboratoriya həkimi Gülnar Mustafayeva QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən HİV xəstəsi olan pasiyentə yanlışlıqla neqativ test nəticəsi verib.

Bu barədə Axar.az-a daxil olan şikayətdə qeyd olunub.

Bildirlib ki, xəstə başqa klinikadan da “Yaşam”ın verdiyi analizlər əsasında prosedurdan keçib:

“Başqa klinikada ondan götürülən analizlər zamanı həkimlər qoruyucu vasitələrdən istifadə etməyib. Prosedur zamanı iynə həkimin əlinə batıb. Məhz bundan sonra pasiyentin HİV xəstəsi olduğu ortaya çıxıb. Üstəlik, klinikanın tibbi personalı da yoluxma riski ilə üzləşib”.

Məsələ ilə bağlı “Yaşam” klinikasından saytımıza verilən açıqlamada testlərin kart-test üsulu ilə aparıldığı və bu metodun dəqiqliyinin cəmi 50% olduğu deyilib:

“Şübhəli nəticələr olduqda pasiyentlər əlavə yoxlama üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yönləndirilməlidir”.

Şikayət məktubunda isə qeyd olunub ki, klinika pasiyentə test nəticəsinin şübhəli olduğu barədə heç bir məlumat verməyib və onun HİV testinin neqativ olduğu bildirilib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlamışıq.

Tarix
2025.03.03 / 17:16
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla