Bu iki qidanı birgə yedikdə xərçəng riski 10 dəfə artır
02:12
| Ana səhifə Toplum |
|
Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.
Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Salman Əli oğlu Bağırov, həyat yoldaşı 1943-cü il təvəllüdlü Mənzər Qasım qızı Bədəlova, gəlinləri 1961-ci il təvəllüdlü Qızbəsti Əliqulu qızı Zeynalova və qohumları 1955-ci il təvəllüdlü Rəmziyyə Əvəz qızı Fətəliyeva zəhərləniblər.
Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Bağırovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
|
Tarix
2025.03.03 / 11:29
|
Müəllif
Axar.az
|