Yuxarı

İsveç də Ukraynaya qoşun göndərə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveç də Ukraynaya qoşun göndərə bilər

İsveç müəyyən şərtlər daxilində Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson Londonda keçirilən görüşdən sonra İsveç qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

"Bu, Amerikanın dəstəyi və Amerikanın təhlükəsizlik zəmanəti ilə edilməlidir. Bu, etibarlı strukturların mövcudluğuna əsaslanmalıdır", - o bildirib.

O qeyd edib ki, görüşün keçirildiyi mühit qətiyyətlə yadda qalıb:

"Hər kəs Ukraynaya güclü dəstəyini təsdiqləyir və bunun üçün daha çox şey etməyə hazırdır".

Qeyd edək ki, bundan öncə Kanada Baş naziri Castin Trüdo da Ukraynaya qoşun göndərilə biləcəyini istisna etməmişdi.

Tarix
2025.03.03 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla