Yuxarı

İvanişvilinin keçmiş meneceri Ermənistana qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İvanişvilinin keçmiş meneceri Ermənistana qaçdı

21:30

Georgi Baçiaşvili barəsində Ermənistanla sərhədi qanunsuz keçməyə görə həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki. bu barədə Gürcüstanın “Birinci kanal”ı məlumat yayıb.

Qərarı bir neçə dəqiqə əvvəl Tiflis Şəhər Məhkəməsinin hakimi elan edib.

Qeyd edək ki, dünən Georgi Baçiaşvili sosial şəbəkələrdə Gürcüstanı tərk etdiyini açıqlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq müəyyən edib ki, Baçiaşvili martın 2-də sərhəd-keçid məntəqəsindən yan keçməklə, avtomobilin xüsusi yerində gizlənməklə gizli şəkildə Gürcüstanın dövlət sərhədindən keçib. Ermənistan sərhəd-keçid məntəqəsində isə o, adına verilmiş Rusiya Federasiyası vətəndaşlığını təsdiq edən pasportu təqdim edib və nəticədə Ermənistana daxil olub.

Gürcüstan mediasının məlumatına görə, Georgi Baçiaşvili Gürcüstanda iki işdə ittiham olunur. Onlardan biri bitkoinlərin oğurlanmasına, digəri isə Mtkvari SES işinə aiddir. Hər iki halda o, zaminə buraxılıb.

O, milyarder və hakim Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvilinin fondunun meneceri vəzifəsini tutub. Baçiaşvili Bidzina İvanişvilinin 8 253.13 bitkoinini (hazırkı dəyəri 200 milyon dollardan çox) mənimsəməkdə ittiham edilir.

Tarix
2025.03.05 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü: regional bağlantılar...

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla