Yuxarı

Zelenskinin geyimlərini azərbaycanlı xanım hazırlayır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskinin geyimlərini azərbaycanlı xanım hazırlayır...

Ukrayna Prezidenti Vladimir Zelenskinin dizayneri onun geyim tərzindən danışıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Ukrayna liderinin geyim üslubu üzərində milliyətcə azərbaycanlı olan Elvira Həsənova çalışır.

"Faynənşl Tayms" dizaynerin Zelenskinin geyimi ilə bağlı açıqlamasını dərc edib.

"Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır… İndi kostyum vaxtı deyil. Əsgərlərimizin döyüşdüyü, insanlarımızın sığınacaqda olduğu bir zamanda kostyum geyinə bilmərik. Bu seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”, - Elvira Həsənova bildirib.

E.Həsənova Ukrayna prezidentinin qeyri-rəsmi geyim üslubunu müdafiə edib və vurğulayıb ki, ukraynalı siyasətçinin “məşhur” poloları dünyaya mesajın bir hissəsidir.

Qeyd edək ki, Ukraynada azərbaycanlı ailənin yaratdığı “Damirli” geyim şirkətinin məhsullarından ABŞ-ın məşhur şəxsləri də yararlanır. Brendin yaradıcısı olan Elvira Həsənovanın dizayn geyimlərindən Prezident Zelenskidən başqa, Britaniyanın sabiq baş naziri Boris Conson və digər məşhurlar da istifadə edib.

Ukrayna Prezidenti Vladimir Zelenski müstəqilliyinin elan edilməsinin 32-ci ildönümü münasibətilə xalqa müraciəti zamanı “Damirli” şirkətinin dizaynı olan xaki naxışlı köynək geyinib.

Tarix
2025.03.07 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla