Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNRPU) alimləri sağlamlığa zərər verə biləcək “E” indeksli qida əlavələrinin adlarını açıqlayıblar.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə elmi qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "E" markalanma sistemi ilk dəfə Avropada əlavələrin etiketlənməsini sadələşdirmək üçün tətbiq edilib. Hərfdən sonrakı rəqəmlər kateqoriyanı göstərir. Məsələn, E100-182-yə boyalar, E200-299-a konservantlar, E300-399-a antioksidantlar, E400-499-a stabilizatorlar və qatılaşdırıcılar, E500-599-a emulqatorlar, E600-699-a dad artırıcılar daxildir. E900-999 kateqoriyası da var - köpük əleyhinə maddələr.
Mütəxəssislərin fikrincə, bir çox əlavələr təbii maddələrdir, o cümlədən askorbin turşusu (E300) və təbii qatılaşdırıcı pektin (E440). Bu elementlərin hər ikisi alma, giləmeyvə, portağal və digər meyvələrdə olur.
“E” indeksli bəzi maddələrin sağlamlığa zərərli olduğu məlumdur. Dadartırıcı monosodium glutamat (E621) uşaqların qaraciyəri və mədəaltı vəzi üçün zəhərlidir. E102, E122-124, E155 boyaları allergiya və astmaya səbəb ola bilər, E211-214 və E217-227 konservantları isə şişlərin inkişaf riskini artırır.
Qonşu Rusiyada bəzi əlavələr, məsələn, E924a (un yaxşılaşdırıcı) və E240 (formaldehid) qadağandır.
Perm Politexnik Universitetinin alimləri qeyd ediblər ki, sağlamlığınızın qeydinə qalmaq üçün “tərkibi nə qədər az olarsa, məhsul bir o qədər sağlam olar” qaydasına riayət etmək yaxşıdır.