
Kanadada həmyerlimizin kafesi qarət olundu
01:38
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, xüsusi xidmət orqanları silahlı şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Onun avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə şübhəli atəş açmağa başlayıb.
Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, həmin vaxt Prezident Donald Tramp Ağ Evdə deyil, Floridadakı iqamətgahında olub.
Tarix
2025.03.09 / 18:01
|
Müəllif
Axar.az
|