Yuxarı

İrəvan-Bakı əlaqələrində rus feykləri... - Niderland

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan-Bakı əlaqələrində rus feykləri... - Niderland

AB-nin fəal üzvü kimi Niderland üçün Avropa qonşuluğunun dinc və firavan olması çox vacibdir.

Axar.az xəbər verir ki, bunu Niderland XİN-in rəhbəri Kaspar Veldkamp İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

Veldkamp qeyd edib ki, İrəvan ətrafında qeyri-sabitlik narahatlıq doğurur və Niderland kömək etməyə hazırdır. Üstəlik, o, Rusiyadan asılılığı qeyri-sabitliyin demək olar ki, əsas elementi adlandırıb:

“Amsterdam bunu azaltmağa kömək etməyə hazırdır”.

Nazir Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün atdığı addımları konstruktiv hesab edib:

“Niderland öz növbəsində İrəvanla Ankara arasında dialoqu da asanlaşdırmağa hazırdır. Əminəm ki, tərəflərin münasibətləri normallaşdırmaq iradəsi var”.

Veldkamp Ermənistana da təsir edə biləcək rus feyklərinə xüsusi diqqət yetirib. Onun fikrincə, bu feyklər Ermənistanın Ukrayna və digər ölkələrlə münasibətlərinə mane ola bilər:

“Həmçinin Azərbaycanla münasibətlərdə gərginlik yarada bilər”.

Tarix
2025.03.12 / 16:57
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla