
Xətt zədələndi: Bakının bu əraziləri qazsız qaldı
11:40
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Belarusun yenidən seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
Ölkə Konstitusiyasına görə, prezidentin andiçməsi seçkilərdən sonra, amma iki aydan gec olmayaraq, Ümumbelarus Xalq Məclisi Rəyasət Heyəti üzvlərinin, Nümayəndələr Palatası deputatlarının, Respublika Şurasının üzvlərinin, Konstitusiya və Ali Məhkəmə hakimlərinin iştirakı ilə təntənəli mərasimlə keçirilməlidir.
Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. MSK-nın təsdiq etdiyi səsvermə nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82 faiz səs toplayaraq, yenidən prezident seçilib.
Tarix
2025.03.20 / 12:55
|
Müəllif
Axar.az
|