Yuxarı

“AzerGold” Pakistanda beynəlxalq forumda iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. Səfər çərçivəsində AzerGold QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev İslamabad şəhərində Pakistan Mineral İnvestisiya Forumunda iştirak edib.

Axar.az xəbər verir ki, forumda Pakistanın mədənçilik sahəsində potensialı, mövcud faydalı qazıntı yataqları barədə məlumat verilib, təbii ehtiyatlardan səmərəli istifadə, müasir texnologiya və innovasiyaların tətbiqi və dağ-mədən sahəsinin dayanıqlı inkişafına dair müzakirələr aparılıb.

Qeyd edək ki, ölkə hüdudlarından kənarda fəaliyyətini genişləndirərək, beynəlxalq mədənçilik şirkətinə çevrilməyi əsas strateji hədəflərindən biri olaraq müəyyənləşdirən AzerGold QSC mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, xarici ölkələrlə əməkdaşlığın gücləndirilməsi, ortaq layihələrin icrası istiqamətində fəal iş aparmaqdadır.

Tarix
2025.04.10 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev paylaşdı: Diplomatlar Qarabağa gedir - Video

Türk dövlətlərinin Kipr yanlışı: Türkiyə nə edəcək?

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla