2025.04.17. 23:45
Almaniya Ukraynaya təhvil verilmiş silahların siyahısını yeniləyib.
Axar.az xəbər verir ki, yeni siyahıya 66 MRAP zirehli texnikası, IRIS-T SLM üçün 1 raket, ehtiyat hissələri olan 70 “Vektor” kəşfiyyat aparatı və digər silahlar daxildir.
Almaniya hökumətinin saytında dərc olunan məlumatda yeni paketə həmçinin “Leopard 2” tankı üçün mərmi, 4 kinetik müdafiə maşını (Diehl Defence), “Gepard ZSU” üçün 38 min patron, 3 “Zuzana”, 2 özüyeriyən artilleriya qurğusu, 27 min 155 mm-lik artilleriya mərmisi və 12 min 12 mm-lik mərmi daxildir. Berlin həmçinin Kiyevə 150 ədəd HF-1 hücum pilotsuz uçan aparatı, 10 yerüstü pilotsuz uçuş aparatı, ehtiyat hissələri ilə birlikdə 6 “Bergepanzer” 2 zirehli maşın, ehtiyat hissələri ilə birlikdə 4 “Visent 1” zirehli minatəmizləmə maşını və 2 mina trolu verib.
Yeni paketə 41 yerüstü müşahidə radarı, 187 lazer məsafəölçən, 92 infraqırmızı durbin, 55 dalğıc skuteri, üç sərhəd maşını, 917 RGW-90 tank əleyhinə qumbaraatan, 3769 G3 hücum tüfəngi və 806 MK5 tüfəngi, 150 min turniket və 534 yataq çantası daxildir.
Qeyd edilib ki, bununla da Almaniyanın Ukraynaya yardımı ümumilikdə 28 milyar avroya çatıb.
İndiyə qədər tədarük edilən ən mühüm texnikalar arasında 103 ədəd “Leopard 1 A5” döyüş tankı və 18 ədəd “Leopard 2A6” tankı yer alır. Hava hücumundan müdafiə sahəsində Almaniya Ukraynaya 6 ədəd “IRIS-T SLM” və “SLS” hava hücumundan müdafiə sistemi, 4 ədəd “Patriot” buraxılış qurğusu və 60 ədəd “Gepard” özüyeriyən zenit qurğusu göndərib. Artilleriya dəstəyi çərçivəsində Ukraynaya 25 ədəd “Panzerhaubitze 2000" özüyeriyən haubitsa, 5 ədəd “MARS II” raket buraxılış sistemi və 3 ədəd HİMARS sistemi təqdim olunub. Həmçinin 549 ədəd VEKTOR kəşfiyyat dronu, 900 ədəd HF-1 zərbə dronu və 684 ədəd RQ-35 HEİDRUN dronu, habelə 500 ədəd STİNGER və 2700 ədəd STRELA tipli daşınan hava hücumundan müdafiə sistemləri gönədirilib.
Bundan əlavə, 10 mindən çox ukraynalı əsgər Almaniyada hərbi təlim keçib. Bu təlimlər üçün indiyədək 282 milyon avro xərclənib. Müharibədə yaralanmış ukraynalı əsgərlərin tibbi müalicə xərcləri bu hesabata daxil edilməyib.