Yuxarı

15 yaşı tamam oldu, səhər bataqlıqdan meyiti tapıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 yaşı tamam oldu, səhər bataqlıqdan meyiti tapıldı - Foto

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti aşkarlanıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, 15 yaşlı Elçin Elman oğlu Bağırov aprelin 18-i gecə saatlarında Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub.

Hadisə şahidlərinin dediyinə görə, yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də, Elçin xilas ola bilməyib.

Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyitini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E.Bağırovun meyitini aşkarlamaq mümkün olub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.

Tarix
2025.04.19 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla