Yuxarı

Silahlarımızı hökumətə təhvil verməyəcəyik - Hizbullah

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Silahlarımızı hökumətə təhvil verməyəcəyik - Hizbullah

Livanın cənubunda müqavimət qüvvələrinin tərk-silah edilməsinə icazə verməyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Hizbullah baş katibi Naim Qasım deyib.

"Biz heç kimə döyüşçülərimizin silahlarını götürməsinə icazə verməyəcəyik və zorla buna cəhd olarsa, cavab verəcəyik. Vətəndaş qarşıdurmasına yol verməyəcəyik. Hizbullahın silahlarının zorakılıqla alınmasını tələb edənlər İsrailə “pulsuz xidmət” göstərirlər. Livan ordusu ilə müqavimət qüvvələri arasında heç bir münaqişə olmayacaq”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 7-də Prezidenti Cozef Aun Hizbullah adından vasitəçi kimi çıxış edən parlamentin sədri Nəbih Berri ilə görüşüb. O, müqavimət qüvvələrinin silahlarının taleyi məsələsinin yeni hökumətin milli təhlükəsizlik strategiyasını hazırlamasından dərhal sonra başlayacaq müdafiə doktrinasına dair dialoq çərçivəsində həll olunacağını açıqlayıb.

Tarix
2025.04.19 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla