Yuxarı

Uolts və Rubio İrana zərbə endirilməsini istəyir - VP

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və ABŞ Dövlət katibi Marko Rubio İranın nüvə silahı hazırlığı ilə potensial əlaqəli obyektlərinə hərbi zərbə endirilməsi ideyasını dəstəkləyiblər.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti adları açıqlanmayan məmurlara istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ-ın vitse-prezidenti Ceyms Vens və milli kəşfiyyatın rəhbəri Qabbard daha ehtiyatlı mövqe sərgiləyərək, genişmiqyaslı regional münaqişə risklərinə diqqət çəkiblər.

Qəzet həmçinin bildirib ki, Prezident Tramp məsələ ilə bağlı diplomatik həll tərəfdarlarının fikirlərini, o cümlədən jurnalist Taker Karlsonun mövqeyini də dinləyib.

Daha ehtiyatlı yanaşmanı dəstəkləyənlər isə qeyd edirlər ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, Tehran nüvə silahı yaratmaq niyyətində deyil və İranın bombalanması çox güman ki, daha genişmiqyaslı regional müharibəyə səbəb olacaq.

Tarix
2025.04.19 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla