Yuxarı

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Çavuşoğlunun yasına getdi - Foto

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının yas mərasimində iştirak etmək üçün Türkiyənin Antalya şəhərinin Alanya qəsəbəsinə gedib.

Axar.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Yas mərasimindən sonra Ceyhun Bayramov jurnalistlərə açıqlama verib.

“Səfərimizin səbəbi əziz qardaşımız, yaxın dostumuz, Türkiyə Böyük Millət Məclisinin üzvü və sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfat etməsidir. Mərhum Osman Çavuşoğluya Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun. Mən şəxsən onu tanımasam da, burada insanlar tərəfindən onun haqqında deyilən gözəl sözlər, bölüşülən xatirələr təsirlidir”, - nazir vurğulayıb.

XİN rəhbəri bildirib ki, mərhumun bu qədər insan tərəfindən yad edilməsi, onun oğlu Mövlud Çavuşoğlunun timsalında iz qoyan bir ömür yaşadığını göstərir:

“Azərbaycanda Mövlud Çavuşoğluna böyük sevgi və hörmət var. O, hər zaman Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi önəm verən və bu münasibətləri ürəklə yaşayan bir qardaşımız olub. Bu münasibət həmişə belə idi, indi də belədir və gələcəkdə də belə olacaq. Burada iştirakımızla yalnız şəxsi hörmətimizi deyil, eyni zamanda bütün Azərbaycan xalqının başsağlığı və rəhmət diləklərini çatdırmış oluruq”.

Qeyd edək ki, Türkiyənin sabiq xarici işlər naziri, ölkənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu dünən Alanyada vəfat edib.

Tarix
2025.04.19 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla