Yuxarı

Türkiyə ordusunda əsgər çatışmazlığı... - Nazirdən şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ordusunda əsgər çatışmazlığı... - Nazirdən şok

Türkiyə əhalisinin artım tempi narahatedici səviyyədə azalıb, bu da ölkənin orduya göndərmək üçün əsgər çatışmazlığı ilə üzləşə biləcəyi deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş deyib.

“Bu gün narahatedici səviyyədəyik. Doğum əmsalımız 1,51-dir. Əhalinin özünü yeniləmə əmsalı isə 2,1-dir. Hazırda Türkiyə özünü “yeniləyə” bilmir. Biz qocalırıq. Bu, istehsaldan tutmuş məşğulluq və səhiyyəyə qədər, bir çox sahəyə təsir edir. Ola bilər ki, gələcəkdə orduya göndərmək üçün gənc tapa bilməyək”, - nazir bildirib.

Göktaşın sözlərinə görə, Türkiyədə 65 yaşdan yuxarı əhalinin payı 10%-i keçib.

Qeyd edək ki, 2024-cü ilin sonuna olan məlumata əsasən, Türkiyədə 17 yaşadək uşaq və yeniyetmələrin sayı 21,8 milyon nəfər olub ki, bu da ölkə əhalisinin 25,5%-ni təşkil edir.

Tarix
2025.04.19 / 17:53
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla