Yuxarı

Bakıda əməliyyat: narkotik gizlədən qadın saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda əməliyyat: narkotik gizlədən qadın saxlanıldı - Video

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Axar.az xəbər verir ki, daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.

Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq dörd kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.

Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Tarix
2025.04.19 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla