Yuxarı

Vatsapda bu işarə varsa, mesajları başqası oxuyur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatsapın istifadəçi məxfiliyini gücləndirmək istiqamətində atdığı addım müzakirələrə səbəb olub.

Axar.az Metbuat.az-a istinadən xəbər verir ki, Vatsap mesajlaşma təhlükəsizliyini artırmaq üçün “üçüncü mavi işarə” adlı yeni funksiyanı əlçatan edib. Yeni funksiya mesajın üçüncü şəxs tərəfindən oxunduğunu ortaya qoyur. Bu yenilik xüsusilə mesajlar qrup çatlarına yönləndirildikdə və ya paylaşıldıqda istifadəçiyə əlavə nəzarət təklif edir.

Mövcud Vatsap sistemində tək boz işarə mesajın göndərildiyini, ikiqat boz işarə onun qəbul edildiyini, ikiqat mavi işarə isə oxunduğunu bildirir. Yenilik sayəsində mesaj başqası tərəfindən görülərsə, üçüncü mavi işarə görünəcək. Bu yolla mesajın orijinal ünvanından gəlmədiyini anlamaq mümkün olacaq. Sosial mediada ortaya atılan iddialara görə, mesajların yanındakı üç mavi işarə mesajların hüquq-mühafizə qurumları tərəfindən oxunduğunu bildirir. Əgər mavi işarələrdən biri qırmızıya çevrilirsə, bu, mesajın nəzərdən keçirildiyini bildirir. Lakin iddialar təsdiqini tapmayıb.

Üçüncü mavi işarə funksiyasından istifadə etmək üçün Vatsapın son versiyası yüklənməlidir. Yeniləmədən sonra tətbiqin “Parametrlər” menyusundan “Məxfilik” pəncərəsinə daxil olaraq funksiya aktivləşdirilə bilər.

Tarix
2025.04.19 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif

Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarıldı

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı - Video

Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla