Yuxarı

"Zirə"nin rəqibinə UEFA-dan ağır cəza

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Zirə"nin rəqibinə UEFA-dan ağır cəza

UEFA "Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi, Xorvatiyanın "Hayduk" klubunu cərimələyib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, səbəb Split təmsilçisinin maliyyə feyr-pleyi qaydalarını pozmasıdır.

Klub 300 min avro cərimə ödəməlidir. Bu məbləğ birbaşa verilməyəcək, UEFA-nın mükafat fondundan çıxılacaq. "Hayduk" 1,2 milyon avroluq ümumi cərimədən yayınmaq üçün növbəti üç ildə maliyyə nəticələrini yaxşılaşdırmalıdır.

UEFA-dan bildirib ki, "Hayduk" sabitlik tələblərinin yerinə yetirilməməsinə görə sanksiya ilə üzləşib. Bu, klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlılığı üzrə reqlamentin müvafiq maddələrində nəzərdə tutulub. Xüsusən, "futboldan gəlir" qaydası yerinə yetirilməyib. 2024/2025 mövsümündə Split təmsilçisi defisitlə üzləşib.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyununu iyulun 23-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Tarix
2025.07.04 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla