Yuxarı

Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu müəllimlərin əmək funksiyasına xitam veriləcək

Attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfindən aparılıb, eyni zamanda, müvafiq videoçəkilişlər qeydə alınıb.

Kult.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilib. Attestasiyanın əsas məqsədi sahə üzrə müəllimlərin peşə, səriştə və bacarıqlarının ölçülməsidir. Komissiyalarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Konservatoriya nəznində Musiqi Kolleci, Bakı Xoreoqrafiya Akademiyası, digər bədii təhsil ocaqlarından peşəkar mütəxəsislər təmsil olunub”, - açıqlamada bildirilib.

Qeyd olunub ki, komissiyalar tərəfindən hər hansı müəllimin səriştə bacarığı tam yararsız kimi qiymətləndirilibsə, yəni 5 mümkün balldan heç birini yığa bilməyibsə, o zaman həmin müəllimin əmək funksiyasına xitam veriləcək:

“Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan 2 lehinə və 3 əleyhinə səs yığmış müəllimlər üçün isə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik və İxtisasartırma mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulub. Həmin müəllimlər bu təlimləri keçdikdən sonra təkrar attestasiya olunacaq. Onu da qeyd etmək lazımdır ki, attestasiyadan keçə bilməyən müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları saxlanılır. Onlar bu imtahanlarda iştirak edə bilərlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin bəzilərinin etirazlarını ehtiva edən, habelə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun çıxışlarını əsas tutaraq dilə gətirdikləri narazılıqları özündə əks etdirən videolar yayımlanıb. Videoda bildirilir ki, müəllimlər etiraz üçün nazirliyin binasına da üz tutublar. Onların bəziləri prosedurdan və imtahanın təşkil olunmasından narazıdırlar.

Tarix
2025.04.04 / 23:47
Müəllif
Kult.az
Digər xəbərlər

Bayramov Fidanla regional təhlükəsizliyi müzakirə etdi

Pezeşkianı eşitmədilər, qətliam oldu: ABŞ zərbə endirəcək

Ceyhun Bayramov venesuelalı həmkarı ilə danışdı

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi

Azərbaycanda və Hindistanda su itkisinin həcmi...

Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla