Yuxarı

Azərbaycan hərbi gəmilərini Qazaxıstana göndərir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan hərbi gəmilərini Qazaxıstana göndərir

09:51

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək "Xəzri-2025" birgə taktiki təliminin planlaşdırma konfransı olub.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini - Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Görüşün sonunda Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimə aid konfransın yekun protokolu imzalanıb.

Qeyd edək ki, təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Tarix
2025.04.10 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla