
Tramp təkzib etdi: İrana zərbə planından imtina etməmişəm!
08:30
Ana səhifə Siyasət |
![]() ![]() ![]() ![]() |
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib.
Axar.az xəbər verir ki, bu barədə YAP məlumat yayıb.
Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirakdır.
Səfərdə YAP-ın Aparat rəhbəri ilə bərabər, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da iştirak edəcək.
Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Tarix
2025.04.10 / 10:24
|
Müəllif
Axar.az
|