Yuxarı

MHP erməni, AKP isə rus namizəd irəli sürdü - Seçki

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MHP erməni, AKP isə rus namizəd irəli sürdü - Seçki

2009-cu ildə Türkiyəyə köçən və vətəndaşlıq alan rusiyalı İrina Balçı AKP-dən bələdiyyə seçiklərində məclis üzvlüyünə namizəd olub.

"Axar.az" xəbər verir ki, Türkiyədə bu ilin 30 mart tarixində keçiriləcək bələdiyyə seçkisində hakim partiya rusiyalı xanımı namizəd olaraq göstərib. AKP-nin Antalyanın Konyaaltı qəsəbəsinin bələdiyyə məclis üzvü namizədləri siyahısında birinci olan İrina Balçı AKP-nin o bölgədə seçkini qazanacağı təqdirdə Antalyada ilk dəfə Türkiyə vətəndaşlığına keçmiş bir xarici şəxs kimi bələdiyyədə qərarverici orqanda yer alacaq.

MHP-dən isə erməni namizəd irəli sürülüb.

Bakırköy məclisində bütün partiyalardan erməni namizədlər var. Ancaq bunların içərisində ən diqqət cəlb edəni Milliyyətçi Hərəkat Partiyasıdır.

MHP-dən Bakırköy bələdiyyəsinə namizəd olan 65 yaşlı Nərsəs Yeramyan namizədliyini bu cür dəyərləndirib:

"Birinci həyat yoldaşım hakim idi. İkinci həyat yoldaşım Gülxan da bir hərbçi qızıdır. İki həyat yoldaşımdan üç övladım var. Bu məmləkətdə yaşayırıqsa, milliyətçi olmağımız lazımdır. Əgər milliyətçi deyilsək, burada heç bir işimiz yoxdur".

Tarix
2014.02.21 / 11:40
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla