Yuxarı

38 gömrük işçisi rüşvət alarkən tutuldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
38 gömrük işçisi rüşvət alarkən tutuldu - Video

Türkiyənin Ədirnə vilayətində yerləşən Qapıqala (Kapıkule) sərhəd-keçid məntəqəsinin 38 gömrük mühafizə orqanı əməkdaşı rüşvət alması şübhəsi ilə saxlanılıb.

Axar.az Bizim.Media-a istinadən xəbər verir ki, sərhəd-keçid məntəqəsində işləyən bəzi gömrük əməkdaşlarının Türkiyəni tərk edən və Türkiyə ərazisinə daxil olan şəxslərdən rüşvət alması ilə bağlı şübhələr meydana gəldiyindən məntəqələrə gizli kameralar yerləşdirilib.

Buna əsasən, əldə edilən sübutlarla 38 gömrük işçisinin ünvanında aparılan axtarış nəticəsində 14 min 600 dollar, 21 min 325 avro və 89 min 800 Türkiyə lirəsi ələ keçirilib.

Bundan əlavə, rüşvət verdiyi iddia edilən 350 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, Türkiyə ilə Bolqarıstan arasındakı Qapıqala sərhəd-keçid məntəqəsi Türkiyənin ən əhəmiyyətli və işlək quru keçid məntəqələrindən biri olmaqla yanaşı böyük tarixi əhəmiyyətə malikdir.

Tarix
2025.04.08 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla