Yuxarı

Almaniyada dəhşətli cinayət: Əhali təşvişdə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada dəhşətli cinayət: Əhali təşvişdə...

Almaniyanın Reynland-Pfalts əyalətinin Vestervald bölgəsindəki Vaytefeld qəsəbəsində bir ailənin üç üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, 61 yaşlı şübhəli şəxsin – Aleksandr Maysnerin axtarışlarına xüsusi təyinatlı qüvvələr də cəlb olunub. Polis və təhlükəsizlik qüvvələri şahidlərin və kənd sakinlərinin verdikləri məlumatlar əsasında fasiləsiz axtarış-əməliyyat tədbirləri həyata keçirirlər.

Xatırladaq ki, aprelin 6-da Vaytefeld qəsəbəsində bir evdə üç nəfərin – 47 yaşlı ata, 44 yaşlı ana və onların 16 yaşlı oğullarının cəsədləri tapılıb. Təxminən 2200 nəfərin yaşadığı qəsəbədə baş vermiş bu hadisədən sonra sakinlər arasında qorxu və narahatlıq hökm sürür. İnsanlar A.Maysnerin əvvəllər bir sıra qonşuları ilə problemlər yaşadığı kəndə yenidən qayıdacağından qorxurlar.

Cinayətkarın yaxalanması üçün əraziyə peşəkar xüsusi təyinatlılar və müvafiq texniki vasitələr cəlb edilib. Əməliyyatlara polis helikopterinin cəlb ediləcəyi də ehtimal olunur. Polis şübhəli şəxs barədə operativ məlumat verilməsi üçün “qaynar xətt” yaradıb.

Tarix
2025.04.08 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla