Yuxarı

ABŞ bu ölkəyə 1 trilyon dollar borcludur - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ bu ölkəyə 1 trilyon dollar borcludur - Siyahı

ABŞ Prezidenti Donald Trampın yeni vergi tariflərini artırmaqda məqsədinin dövlət borcunu sıfırlamağa çalışmaq olduğu bildirilir.

Axar.az xəbər verir ki, hazırda ABŞ-ın dövlət borcu 34 trilyon dollardır.

Konqresin Büdcə Ofisi isə borcun növbəti onillikdə 50 trilyon dollara qədər çata biləcəyini təxmin edir.

Belə olduğu halda borcu sıfırlamağa çalışmaq iddiası maraqla qarşılanıb və bu məqsədlə də Türkiyə mətbuatı ABŞ-ın borclu olduğu ölkələrin siyahısını hazırlayıb.

ABŞ-ın ən çox borcu olduğu ölkələrin siyahısını təqdim edirik:

1. Yaponiya: 1 trilyon dollar

2. Çin: 759 milyard dollar

3. İngiltərə: 723 milyard dollar

4. Lüksemburq: 424 milyard dollar

5. Kayman adaları (Britaniyanın xarici ərazisi): 419 milyard dollar (Əslində Kayman adalarına borc bu adada qeydiyyatdan keçən xarici ölkə şirkətlərinə olan borcdur – red.)

6. Kanada - 379 milyard dollar

7. Belçika - 375 milyard dollar

8. İrlandıya - 336 milyard dollar

9. Fransa - 382 milyard dollar

10. İsveçrə - 289 milyard dollar

11. Tayvan - 282 milyard dollar

12. Honkonq (Çinin xüsusi inzibati bölgəsi) - 255 milyard dollar

13. Sinqapur - 249 milyard dollar

14. Hindistan - 219 milyard dollar

15. Braziliya - 202 milyard dollar

16. Norveç - 158 milyard dollar

17. Səudiyyə Ərəbistanı - 138 milyard dollar

18. Cənubi Koreya - 125 milyard dollar

19. Meksika - 103 milyard dollar

20. Almaniya - 97 milyard dollar.

Tarix
2025.04.10 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla