Yuxarı

Tehranın türkcə “xoş gəldin” qıcığı davam edir - Novin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehranın türkcə “xoş gəldin” qıcığı davam edir - Novin

Daxili uçuşlarda xarici qonaqlar olmadığına görə sərnişinləri türk dilində salamlamaq və qarşılamaq ingilis dilində qarşılamaqdan daha vacibdir, ancaq bu, kimlərinsə qeyrətinə toxunur və türk dilində 30 saniyəlik danışığı qəbul edə bilmirlər.

Axar.az xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki millət vəkili Əlirza Novin deyib.

“Aylardır ki, Şərqi Azərbaycanın ATA aviaşirkətinin təyyarələrində qonaqlar fars və ingilis dili ilə yanaşı, türk dilində də qarşılanırdılar. Ancaq kimlərsə türk dilində “xoş gəldin” deməyi təhlükəsizliyə zidd hesab edib və qadağan edilməsini istəyir”.

Novin Təbriz reyslərində sərnişinlərin türkcə qarşılanması məsələsinin həm dövlət, həm də özəl sektor üçün həll olunduğunu deyib və bunu yenidən problemə çevirməməyi tövsiyə edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Şərqi Azərbaycana məxsus ATA aviaşirkətinin təyyarəsində sərnişinlərə Azərbaycan türkcəsində “xoş gəldin” deyilməsi bəzi dairələr və rəsmilərin etirazları ilə qarşılanmışdı. Buna baxmayaraq, Təbriz uçuşlarında azərbaycanlı qonaqların türkcə qarşılanması davam etdirildiyinə görə bir neçə gün əvvəl İran Mülki Aviasiya Təşkilatı xəbərdarlıq bəyanatı yararaq, bunun dayandırılmasını istəyib.

Tarix
2025.04.11 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla