Yuxarı

Ərəblər türklərə xəyanətin 100 yaşını qeyd edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəblər türklərə xəyanətin 100 yaşını qeyd edir

İordaniya Yaxın Şərqdə Osmanlı İmperiyasına qarşı inqilabın 100 illiyini qeyd etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Bununla əlaqədar olaraq ölkədə hərbi parad keçirilib. Paradda ölkə kralı II Abdullah iştirak edib.

Qeyd edək ki, Yaxın Şərqdə Osmanlı İmperiyasına qarşı üsyan 1916-cı ilin 5 iyununda başlayıb. Üsyana Şərif Hüseyn bin Əli başçılıq edib. Sultan Əbdülhəmid dövründə İstanbulda saxlanılan ərəb lideri onun ölümündən sonra Məkkəyə göndərilib. Məhz bundan sonra Şərif Hüseyn Bin Əli müttəfiq dövlətləri ilə əlaqəyə girib. 1914-cü ildə İngiltərənin Misirdəki nümayəndəliyinə müraciət edən Şərif Hüseyn tezliklə onların dəstəyini qazanıb. 1916-cı ildə Şərif Hüseyn ərəblərin üsyanını başladıb. İngiltərənin dəstəyi ilə Osmanlı Ərəbistan yarımadası, Yəmən, Suriyadan çıxarılıb. Bunun ardınca özünü bütün ərəblərin kralı elan edən Şərif Hüseynə London öz etirazını bildirib və o, sadəcə, Hicaz krallığı ilə kifayətlənməli olub. Şərif Hüseynin xəyanəti ərəblərə heç də uğur gətirməyib. Yaxın Şərq Britaniya və Fransa arasında bölünüb. Suriya və Livan Fransaya, Fələstin, İordaniya və İraq Böyük Britaniyaya verilib. Bu parçalanma gizli Saykes Pikot anlaşması ilə təsdiqlənib. Hər iki ölkə cənub-şərqi Anadolu, Trabzon, Van, Ərzurumun Rusiyaya verilməsinə imza atıb. Məhz ərəb üsyanından sonra Yaxın Şərqdə yeni ərəb dövlətləri yaranıb. Bundan əlavə, bəzi ekspertlər Yaxın Şərqdəki destabilizasiyanın da məhz bu üsyanla başladığını iddia edirlər.

Ərəb üsyanı məşhur ingilis casusu Tomas Lavrensin güclü dəstəyi ilə həyata keçirilib. Məhz onun sayəsində ərəb liderləri ingilislərlə yaxınlaşmağı bacarıb. Lavrens sonralar Türkiyədə kürdlərin üsyanı və Əfqanıstan kralı Əmənullah xanın taxtdan endirilməsində də mühüm rol oynayıb.

Tarix
2016.06.03 / 15:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla