Yuxarı

Poroşenko azərbaycanlıların da olduğu siyahıdan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poroşenko azərbaycanlıların da olduğu siyahıdan danışdı

Ukrayna Prezidenti Pyotr Poroşenko guya Rusiya və qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" ilə əməkdaşlıq edən 4 min jurnalistin adlarının olduğu siyahının "Mirotvorets" saytında dərc edilməsini böyük səhv hesab edir.

AzərTac "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bunu Pyotr Poroşenko bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Ukrayna Prezidenti deyib: "Mən "Mirotvorets" saytında 4 mindən çox jurnalistin adının dərcini qınayıram. Mənə verilən məlumata görə, bu jurnalistlərdən bəziləri Ukrayna barədə mənfi şərh və ya məqalə hazırlayıb... Mən Prezident kimi bu jurnalistlərin Ukraynada təhlükəsizliyinə zəmanət verirəm. Ukraynaya leqal yollarla gələn və demarkasiya xəttini keçərək işğal olunmuş ərazilərə gedən jurnalistlərin bu ərazilərdə olması mexanizminin təkmilləşdirilməsi lazımdır... Bizim müstəqil saytda məlumat dərc edilməsinə cavab vermək, bu məlumatın saytdan çıxarılmasına nail olmaq vasitələrimiz çox məhduddur. Bir daha deyirəm ki, həmin siyahının dərcini böyük səhv hesab edirəm. Bu, həm də Ukrayna hökumətinin mövqeyidir".

Qeyd edək ki, "Mirotvorets" saytında azərbaycanlı jurnalistlərin də adları var idi. Azərbaycan Mətbuat Şurası və Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Ukrayna hökumətinə narahatlıqlarını bildirmişdilər.

Tarix
2016.06.03 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Peter Pelleqrini Qarabağa səfər edəcək

Ruben Vardanyana hökm oxundu

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Bakı ilə Tiflis arasında məsləhətləşmələr aparıldı

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla