Yuxarı

ABŞ kəşfiyyatı: Ruslar UNO vurdu, yadplanetlilər isə hücum etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ kəşfiyyatı: Ruslar UNO vurdu, yadplanetlilər isə hücum etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məxfilikdən çıxarılan sənəd təəccüb yaradıb. Belə ki, orada yadplanetlilərin sovet qoşununa hücum etməsi iddiaları əksini tapıb. Sovet əsgərlərinin hərbi baza üzərində uçan UNO-nu vurmasından sonra yadplanetlilərin cavab olaraq hücum etdiyi vurğulanıb.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Məlumata görə, yadplanetlilər dağıntılar arasından çıxıb, bir obyektdə birləşərək, parlaq işığa çevrilib və iki əsgərdən başqa bütün hərbçiləri daşa çevirib:

“KQB-nin dosyesi doğrudursa, bu, son dərəcə təhdidedici bir hadisədir. Yadplanetlilərin bütün gözləntilərimizi üstələyən silah və texnologiyaları var. Hücum olunarsa, özlərini müdafiə edə bilərlər. İddia edilən hücumla bağlı hadisə 1989-1990-cı illərdə olub və ilk dəfə 1993-cü ildə bu barədə məlumat verilib”.

Sənədə əsasən, Amerika kəşfiyyatına daxil olan məlumatda təlimlərdə iştirak edən sovet bölməsi üzərində alçaqdan uçan boşqab formalı kosmik gəminin olmasına dair məlumatlar olub:

“Məlum olmayan səbəblərdən əsgərlər naməlum təyyarəyə yer-hava tipli raket atıblar və nəticədə onun hərbi baza yaxınlığında qəzaya uğramasına səbəb olublar. Qəzaya uğrayan gəmidən iri başları və qara gözləri olan beş qısa humanoid çıxıb, onlar birləşərək bir cisim yardıb və yüksək uğultu səsi çıxarıb. Daha sonra onlar gözləri kor edəcək dərəcədə parlaq işıq saçıb. 23 əsgər qəfildən daş sütuna çevrilib. İki əsgər kölgədə dayandığı və işığa tam məruz qalmadığı üçün qarşılaşmada sağ qalıb. Daşlaşmış əsgərlərin qalıqları və kosmik gəmi Moskva yaxınlığındakı gizli tədqiqat bazasına aparılıb. Alimlər hesab edir ki, hərbçilərin ölüm səbəbi bəşəriyyətə hələ də məlum olmayan enerji mənbəyi olub”.

Tarix
2025.04.14 / 14:11
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla