Yuxarı

Mən onun sayəsində boksçu oldum - Kadırov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanın paytaxtı Qroznı şəhərindəki küçələrdən birinə əfsanəvi boksçu Məhəmməd Əlinin adı veriləcək.

Oxu.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov öz İnstaqram səhifəsində məlumat verib.

"Bu gün mən Məhəmməd Əlinin xatirəsini əbədiləşdirmək qərarına gəldim. Mən onun adına boks zalı inşa etdirəcəm və Qroznadakı küçələrdən biri əfsanəvi idmançının adını daşıyacaq", - Kadırov yazıb.

Çeçenistan liderinin sözlərinə görə, Əli ilə birlikdə onun uşaqlıq arzusu da getdi.

"Mən həmişə arzulamışam ki, Məhəmməd Əli Çeçenistana gəlsin və mən, boksu sevən oğlan, onun bərk əlini sıxım. Məhəmməd Əlinin sayəsində mən boksçu oldum və yüzlərlə gəncə bu idman növü ilə məşğul olmağa şərait yaratdım", - o qeyd edib.

Tarix
2016.06.05 / 17:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla