Yuxarı

"Krokus"a hücum edən terrorçuların əsl hədəfi başqa yer olub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Moskva vilayətində "KrokusSiti Holl" konsert zalına hücum edən terrorçuların hədəfi əslində paytaxtdakı Qızıl Meydan ola bilərdi.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat verib.

"Paytaxtda hücum hədəfləri Qızıl Meydan, Lyublinodakı "Moskva" ticarət-yarmarka kompleksi və Çistıye Prudıdakı sinaqoq ola bilərdi", - deyə mənbədən bildirilib.

Qeyd olunur ki, terrorçular Qızıl Meydanı çox sayda polisin olması səbəbindən, "Moskva"nı isə insanların qaçmasına imkan verən çoxlu təcili çıxışın olması səbəbindən seçməyiblər. Mart ayına yaxın döyüşçülər "Krokus"a hücum etməyi qərara alıblar.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "KrokusSiti Holl" konsert zalında baş verib. "Piknik" qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfərə yaxın adam həlak olub, 500-dən çoxu xəsarət alıb. İŞİD terror aktının məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi üzrə cinayət işi açıb.

Tarix
2025.04.21 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verdi

Türk ölkələri Lefkoşada toplanır: Üç ölkənin Kipr qərarı...

Çindən Azərbaycanla bağlı açıqlama

Prezidentin son sərəncamı neçə nəfərə aid ediləcək?

Milli Məclisdə yeni təyinatlar...

Delimitasiya ilə bağlı fikir və təklif mübadiləsi davam edir

İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verdi

Yalçın Rəfiyev İraqda səfərdədir

Prezident Əliyev sabah bu ölkəyə səfər edəcək

Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər - Aqabekyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla