Yuxarı

Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 19-da Heydər Əliyev Sarayında dünyada məşhur 200 nəfərlik "Qelikon-opera" Moskva Musiqili Teatrının quruluşunda "Zoluşka” operasının təqdimatında iştirak edib.

Kult.az xəbər verir ki, Azərbaycan bəstəkarı Leonid Vaynşteynin "Qelikon-opera" teatrının tamaşası hər bir balaca şahzadənin görməli olduğu səhnə əsəridir. Dahi Qara Qarayevin tələbəsi olmuş Leonid Vaynşteynin musiqisi parlaq və yaddaqalandır. Heydər Əliyev Sarayının səhnəsində təqdim olunan operaya dirijorluğu xalq artisti Yalçın Adıgözəlov edib.

Tamaşanın təqdimatında TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, tanınmış teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim Yuli Qusman, azərbaycanlı bəstəkar Leonid Vaynşteynin oğlu - NTV telekanalının baş direktorunun müavini - baş prodüseri Timur Vaynşteyn və ailə üzvləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və ictimai-siyasi xadimlər iştirak ediblər.

Qeyd edək ki, “Zoluşka”nın premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr irimiqyaslı dekorasiyalar və müasir holoqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.

Tamaşanın rejissoru İlya İlyin, bədii rəhbəri isə Dmitri Bertmandır.

Tarix
2025.04.20 / 00:53
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

İlham Əliyev Kiçik Qaladərəsindən video paylaşdı

Prezident "Xankəndi" otelinin açılışında - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla