Yuxarı

Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) nümayəndə heyətləri ilə geniş formatda görüşlər keçirib.

Bu barədə Axar.az-a QSC-dən bildirilib.

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində iki maliyyə təşkilatının birgə missiyası zamanı keçirilən görüşlər metro sisteminin genişləndirilməsi və maliyyələşdirilməsinə dair məsələlərə həsr olunub.

Üç gün davam edən müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Tərəflər texniki dəstək, maliyyələşmə mexanizmləri, satınalma prosedurları, ekoloji tələblər və digər məsələlər üzrə razılıqlar əldə ediblər. Layihə konsepsiyasının hazırlanması, texniki sənədlərin işlənməsi və tender proseslərinə dair konkret addımlar müəyyən edilib.

İlkin mərhələdə “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin tamamlanması, eləcə də Yaşıl və Qırmızı xətlərin ayrılması işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə isə Yaşıl və Bənövşəyi xətlərin tikintisinin davam etdirilməsi və yeni stansiyaların inşası planlaşdırılır.

Görüşlər çərçivəsində nümayəndə heyəti inşası davam edən və planlaşdırılan obyektlərə baxış keçirib.

Metro stansiyalarının tikintisinin beynəlxalq kreditlər hesabına maliyyələşdirilməsi ilə bağlı danışıqlar davam etdirilir və əməkdaşlığın intensivləşdirilməsi razılaşdırılıb.

Tarix
2025.04.21 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Astanada Szinpinlə bunu bəyan etdik - İlham Əliyev

Tərəfdaş ölkə səfirinin sərhədimizə gəlib, bəyanat verməsi…

Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev

Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı

Çin Azərbaycanın 4-cü ən böyük tərəfdaşıdır - Prezident

Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev

İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibə verdi

Türk ölkələri Lefkoşada toplanır: Üç ölkənin Kipr qərarı...

Çindən Azərbaycanla bağlı açıqlama

Prezidentin son sərəncamı neçə nəfərə aid ediləcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla