Yuxarı

Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub

1923-ci ildən 1928-ci ilə qədər Dağıstanda rəsmi dil Azərbaycan türkcəsi olub.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.

O qeyd edib ki, Abdulqadir Alqədərinin müəllif olduğu "Yeni türk əlifbası və ilk qiraət" adlı kitab da orta məktəblərdə tədris edilib:

“Bu qərar qəbul edilən zaman Dağıstanda çox mübahisələr gedib. Moskvaya xidmət edənlər “rusca Leninin dilidir, inqilabın dilidir” deyərək Azərbaycan türkcəsinin qəbul edilməsinə qarşı çıxış ediblər.

Halbuki Azərbaycan türkcəsinin qəbul edilməsi elə Moskvanın tələbi idi. 1923-cü ildə Dağıstanda Moskvanın tövsiyəsi ilə güclü bir din əleyhinə hərəkat başladı. Bu hərəkatın ən vacib hissəsi ərəb dilinə qarşı kampaniya idi. Beləcə, 1923-cü ildə Dağıstanın yeganə rəsmi dili Azərbaycan türkcəsi elan edildi.

Dağıstan rəhbərlərindən N.Samurskinin fikrincə, rus dili Dağıstan xalqlarının dili ola bilməzdi. Onun fikrincə, bu, dağ cəmiyyətində rus dilinə mənfi münasibətlə, çarizmin zülm və zorla ruslaşdırma siyasəti ilə bağlı idi və eyni zamanda Dağıstanda bu, müsəlman din xadimləri arasında qəzəbli narazılıq yarada bilərdi. Azərbaycan türkcəsi isə müsəlmanların dili olaraq belə maneələrlə qarşılaşa bilməz. Dağlarda dünyəvi təhsilə nail olmaq üçün silah kimi istifadə edilən Azərbaycan türkcəsi ərəb sxolastikasının və fanatizminin hökmranlığını sarsıtmağa qadir olan yeganə dildir”.

1928-ci ildə mübarizədə rus dili və əlifbası qalib gəlsə də, 1952-ci ilə qədər rutul və saxurlar yaşayan ərazilərdə tədris Azərbaycan türkcəsində davam edib”.

Tarix
2025.04.21 / 21:47
Müəllif
Kult.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla