Yuxarı

Putindən Trampa zərbə: Dörd regionu tələb edir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən Trampa zərbə: Dörd regionu tələb edir!

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təzyiqlərinə baxmayaraq, istənilən sülh sazişi çərçivəsində Ukrayna ərazisini tələb etməyə davam edir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 25-də Kremldə uzun sürən danışıqlar zamanı Putini hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasına razı salmağa çalışıb.

Bununla belə, Putin əvvəllər bəyan etdiyi mövqeyinə sadiq qalır və müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmanın bir hissəsi kimi Ukraynanın hələ tam işğal etmədiyi dörd bölgəsinə tam nəzarəti əldə etmək istəyir.

Nəşr əlavə edir ki, bu tələb ABŞ Prezidenti Donald Trampın atəşkəsə nail olmaq və müharibənin sonlandırılması səylərinə zərbə olub.

Vurğulanıb ki, danışıqlar hələlik dalana dirənib və sonrakı irəliləyiş yalnız Putin və Trampın birbaşa iştirakı ilə mümkündür.

Tarix
2025.04.30 / 07:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla