Yuxarı

İstanbulda dağıdıcı zəlzələ təhlükəsi aradan qalxdı - Üşüməzsoy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda dağıdıcı zəlzələ təhlükəsi aradan qalxdı - Üşüməzsoy

İstanbulda dağıdıcı zəlzələnin baş verməsi ehtimalı əsassızdır.

Axar.az xəbər verir ki. bu sözləri APA-ya türkiyəli zəlzələ eksperti, professor Şənər Üşüməzsoy bildirib.

O qeyd edib ki, 23 apreldə İstanbulda 6,2 maqnitudalı zəlzələ zamanı Mərmərə dənizində qırılması gözlənilən bir xətt vardı:

“Həmin xəttin qırılmasından sonra dağıdıcı zəlzələ təhlükəsi aradan qalxıb. Yaxın zamanda gözlənilən şiddətli zəlzələ haqqında fikirlər spekulasiyadır. Bu ehtimal dillərdə dolaşırdı, lakin elmi əsası yoxdur. Çünki Mərmərə qırılma xəttinin 70 km-lik bir qismi 1894-cü ildəki, bir bölümü də 1912-ci ildəki zəlzələ zamanı qırılıb. Geridə elmi təsdiqi olan qırılmamış 50 km-lik bir xətt var. Mən onun bir qisminin aktiv olmadığı, digərinin isə baş verən son zəlzələ zamanı qırıldığı qənaətindəyəm. Aktiv olmayan, ölü sayılan xətt qırılsa belə, baş verəcək zəlzələnin gücü 6,2 maqnitudadan çox olmayacaq”.

Şənər Üşüməzsoy Türkiyənin bir çox aktiv qırılma xətti üzərində yerləşdiyini xatırladaraq, ölkənin qərb və şərqində hələ də zəlzələ baş vermə ehtimalının qaldığını, hətta, şərqdəki qırılma xətlərinin qonşu ölkələrin ərazisinə qədər uzandığını əlavə edib:

“Yan sürüşməli xətlər Azərbaycana qədər davam edir. Bunlar şərqi Anadolu və Şimal-Şərqi Anadolu xətləridir. Onlar böyük və tək parçadan ibarət olmasalar da, bir çox kiçik qırılma xətləri var. Bu xətlərin yaşayış məntəqələrinə yaxın qırılması zamanı baş verə biləcək 6,5 - 7 maqnitudalı zəlzələlər dağıdıcı ola bilər”.

Tarix
2025.04.30 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla