Yuxarı

ABŞ-ın sülh planı: Bu ərazilər Rusiyaya verilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın sülh planı: Bu ərazilər Rusiyaya verilir

Tramp administrasiyası Ukraynada müharibəni diplomatik yolla bitirməyə çalışdığına görə tərifə layiqdir. Lakin onun yanaşmaları Moskvaya güzəşti xatırladır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşrində yayımlanan məqalədə deyilir.

“Əgər ABŞ həqiqətən də sülhə çalışırsa, o zaman qətiyyətli olmalıdır. Onlar daha inandırıcı təklif hazırlamalı və Prezident Vladimir Putini buna razılaşmağa məcbur etməlidirlər.

Müxtəlif mənbələrdən alınan məlumata görə, ABŞ atəşkəs planını açıqlayıb. Bu, Rusiyanın ələ keçirilən ərazilərə nəzarəti saxladığını göstərir. Bunun müqabilində bəzi sanksiyaların ləğvinə nail olacaq. Krımın ilhaqının mümkün tanınmasından da söhbət gedir.

Ukrayna bu ssenariyə görə öz ordusunu saxlayacaq. Bununla belə, heç bir aydın təhlükəsizlik zəmanəti olmayacaq. ABŞ müdafiə ilə birbaşa məşğul olmayacaq. Yalnız tərəfdaşlardan şərti dəstək alacaq. Kiyevin NATO-ya üzvlüyü müvəqqəti olaraq qadağan ediləcək. Onlar hərbi əməliyyatlar dayandırıldıqdan sonra qalan vacib detalları müzakirə edəcəklərini vəd edirlər.

Planın Kremlə sərfəli olmasına baxmayaraq, Rusiya müharibəni dayandırmağa tələsmir. O, qismən işğal olunmuş dörd rayona tam nəzarət tələb edir”, - deyə bildirilib.

Tarix
2025.05.02 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla