Yuxarı

Türkiyəyə qarşı “1915 kartı”nı ortaya qoyurlar - Turan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə Türkiyə aktiv şəkildə inkişaf etməyə başlayanda, dünya səhnəsində mövqeyini möhkəmləndirəndə, Ankaranın rəqibləri “1915 kartı”nı ortaya qoyurlar.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər nazirinin müavini Bülənd Turan deyib.

O, qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların heç bir tarixi əsası olmadığını vurğulayıb:

“Yalanların yayılmasının yeganə səbəbi Ankaraya təzyiq göstərməkdir ki, Türkiyə “istənilən” kursa uyğun hərəkət etsin. Əgər “1915” uydurması işə yaramırsa, o zaman başqa vasitələrdən istifadə olunur”.

O, Türkiyənin tarixində, türk xalqı arasında utanc doğuracaq bir hadisənin olmadığını vurğulayaraq, Ankaranın tarix boyu dəfələrlə xəyanət və digər problemlərlə üzləşdiyini qeyd edib.

Nazir müavini bildirib ki, bu yaxınlarda Şərq - Qars, Ağrı, İğdır və Ərdahan vilayətlərində olub, burada digərləri ilə yanaşı, erməni quldur dəstələrinin qurbanı olmuş mülki əhalinin kütləvi məzarlıqlarını da ziyarət edib:

“Bu məzarlıqların arasında ermənilərə aid olan bircə dənə də məzarlıq olmayıb. Bütün bunlar Osmanlı imperiyasının kəndlərində qətlə yetirilən sakinlər - etnik türklərdir. Əgər bir milyon yarım erməninin hansısa “soyqırımı” ilə bağlı iddialar doğrudursa, heç olmasa, Anadoluda ermənilərin kütləvi şəkildə dəfn edildiyi bir yer göstərsinlər. Bunların hamısı yalandır”.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı bütün ölkələrin, o cümlədən Ermənistanın arxivlərinin açılması təklifini də xatırladıb.

Tarix
2025.05.04 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif

Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarıldı

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı - Video

Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan

Məsud Pezeşkianın Azərbaycan səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla