Yuxarı

Moskva bu dəfə də addım atmasa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva bu dəfə də addım atmasa...

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəzi razılaşma sənədləri, böyük sülh sazişinin ilkin variantları Rusiya tərəfindən hazırlanır və bunun əsasında Kazan prinsipləri dayanır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri beş rayon məsələsinin aktual olduğunu, bunun dəfələrlə Rusiya prezidenti və xarici işlər naziri səviyyəsində gündəmə gətirildiyini qeyd edib:

"Artıq etimad mühiti yaratmaq və bütövlükdə sülhyaratma prosesinə təkan vermək, status-kvonu dəyişmək üçün beş rayonun geri qaytarılması istiqamətində danışıqlara başlamaq olar. Sonrakı danışıqların bünövrəsini qoyacaq bu görüş daha ciddi və fərqlidir. Çünki Putin başa düşür ki, bu məsələdə dil tapılmasa, Azərbaycanı itirə bilər. Onun niyyəti Azərbaycanı Avrasiya İttifaqında görmək və Bakı ilə daha geniş inteqrasiyaya getməkdir. İnteqrasiyanın ilkin əlamətləri Şimal-Cənub dəmiryolu dəhlizidir. Bu, Rusiya iqtisadiyyatını canlandıracaq və dünya bazarı ilə əlaqələndirəcək ən mühüm nəqliyyat arteriyasıdır. Üstəlik, Rusiya son zamanlar qazın bir hissəsini TANAP vasitəsilə Avropa bazarlarına çıxarmağı planlaşdırır. Eyni proseduru İranla da həyata keçirmək olar. Bu yerdə Azərbaycan, Rusiya və İran rəhbərlərinin üçtərəfli görüşü bölgədəki hadisələrə çox ciddi təsir göstərəcək. Azərbaycan burada əlavə siyasi dividentlər qazanacaq".

Politoloq hesab edir ki, iyunun sonunda nəzərdə tutulan görüşdə Rusiyanın iradəsindən çox şey asılıdır və ən azından beş rayonun taleyini həll etmək mümkün ola bilər:

"Əgər belə demək mümkündürsə, Rusiya ilə ciddi bazarlıq gedir. Bunun mərkəzində Azərbaycan torpaqlarının qaytarılması müqabilində Rusiya ilə daha sıx inteqrasiya dayanır. Moskva başa düşür ki, bu dəfə də addım atmasa, Cənubi Qafqazdakı prosesləri idarə etmək artıq Rusiyanın iradəsindən xeyli kənarda qala bilər. Görünür, bunu proqnozlaşdıran Rusiya mümkün yollar axtarır. Güman edirəm ki, növbəti görüşdə mütləq nəticə olmalıdır".

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı planlaşdırılır.

Tarix
2016.06.11 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Vuçiçi təbrik etdi

Prezident Münhendə onlarla görüşdü - Siyahı

Əliyevə ünvanlanan suallar: İrəvan nəyə nail olmaq istəyir?

İlham Əliyev Münhendə iclasda iştirak etdi - Video

Bakı məqsədli hücum dedi - Moskvadan absurd cavab

Prezident ailəsinin Münhendən səmimi - Fotoları

İlham Əliyev Münhendə Kohenlə görüşdü

Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

Prezidentdən erməni nümayəndəyə kəskin cavab - Video

Zelenski Əliyevlə görüşündən yazdı: Minnətdaram!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla