Yuxarı

Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli...

Vaşinqtonda ABŞ-ın Qrenlandiyanı təsir dairəsinə cəlb etməklə bağlı yeni planı müzakirə olunur.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi yazıb.

Agentlik qeyd edir ki, bu dəfə birbaşa ilhaq əvəzinə daha əvvəl Sakit okeandakı bir neçə ada dövlətinə tətbiq edilmiş əlaqələrin gücləndirilməsi sxemindən istifadə oluna bilər.

İki amerikalı rəsmi və müzakirələrdən xəbərdar olan başqa bir şəxsə istinadən bildirilir ki, Tramp administrasiyası Qrenlandiya rəhbərlərinə ABŞ-la azad assosiasiya sazişi təklif etmək variantını nəzərdən keçirir.

Vurğulanır ki, keçmişdə belə razılaşmalar Mikroneziya, Marşall adaları və Palau kimi kiçik ada dövlətləri ilə imzalanıb. Hər bir razılaşmanın şərtləri bir qədər fərqli olsa da, ümumilikdə bu sazişlər çərçivəsində ABŞ hökuməti həmin mikro-dövlətlərə poçt xidmətindən tutmuş hərbi müdafiəyədək, bir sıra xidmətlər göstərir. Əvəzində isə Amerika ordusu bu ölkələrin ərazilərində sərbəst fəaliyyət hüququ əldə edir. Bundan əlavə, bu ölkələrin ABŞ-la ticarəti əsasən gömrük rüsumundan azaddır.

Bu variant Trampın Qrenlandiyanı ABŞ-ın tamhüquqlu hissəsinə çevirmək niyyətinə alternativ kimi irəli sürülür.

Mənbələrin sözlərinə görə, bu, Vaşinqtonda müzakirə olunan Qrenlandiya ilə bağlı yeganə plan deyil, çünki bu istiqamətdə bir çox praktiki maneələr mövcuddur.

Tarix
2025.05.10 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla