
Azərbaycanda bu lizinq şirkəti ləğv olunur
19:50
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Perunun İkitos şəhərində tanınmış jurnalist, reportyor və radioaparıcı Raul Selis Lopes qətlə yetirilib.
Axar az xəbər verir ki, bu barədə Peru mətbuatı məlumat yayıb.
Məlumata görə, 70 yaşlı jurnalist motosikletdə olan iki naməlum şəxs tərəfindən açılan atəş nəticəsində həyatını itirib.
Qeyd edək ki, Raul Lopes “Radio Karibena”da yayımlanan “Hora Zero” adlı səhər verilişin aparıcısı idi. O, tez-tez korrupsiya və cinayətkarlıqla bağlı mövzulara toxunur, xüsusilə də doğma şəhərindəki mütəşəkkil cinayətkar qrupların fəaliyyətini gündəmə gətirirdi.
Hadisədən sonra jurnalist təşkilatları təcili və hərtərəfli istintaq tələb edib. Eyni zamanda, İkitos şəhərində polis idarəsinin qarşısında etiraz aksiyası keçirilib.
Tarix
2025.05.12 / 15:16
|
Müəllif
Vüsalə İsgəndərova
|