Yuxarı

Ukrayna və ABŞ daha bir saziş imzaladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna və ABŞ daha bir saziş imzaladı

Ukrayna və ABŞ müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması və fəaliyyəti haqqında saziş imzalayıb. Belə bir fondun fəaliyyəti Yerin təki əməliyyatları ilə təmin edilir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, saziş mayın 13-də Dövlət-Özəl Tərəfdaşlığa (PPP) Dəstək Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) arasında imzalanıb.

Diplomatik yazışmaların mübadiləsindən sonra Fond fəaliyyətə mayın 23-də başlaya bilər.

Qeyd edək ki, mayın 1-nə keçən gecə Ukrayna ilə ABŞ arasında iqtisadi əməkdaşlıq haqqında saziş (Yerin təki sazişi) imzalanıb. Sənəd mayın 8-də Ukrayna Ali Radasında ratifikasiya olunub. Müvafiq qanunu Prezident Vladimir Zelenski də imzalayıb.

Tarix
2025.05.14 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla