Yuxarı

Trampın susması Putini ruhlandırdı - Quardian

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın susması Putini ruhlandırdı - Quardian

Mayın 25-nə keçən gecə Rusiya Ukraynaya kütləvi hücuma keçdi, nəticədə ölən və yaralananlar oldu. Lakin ABŞ Prezidenti Donald Tramp hələlik buna reaksiya verməyib.

Axar.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.

"Ağ Ev liderinin Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq cəhdlərinin uğursuzluğu getdikcə daha aydın görünür. Onun istənilən hərbi münaqişəni həll edə biləcəyinə dair əvvəlki inamı getdikcə azalır. Rusiya və Ukrayna arasında 2022-ci ilin martından bəri ilk birbaşa danışıqlar nəticəsiz başa çatıb.

Danışıqlar heç vaxt atəşkəs əldə etməyə kömək etməyib. Tramp Rusiya lideri Vladimir Putini zəiflətmək əvəzinə ona təzyiq etməkdən imtina edərək, ona daha da güc verib. ABŞ prezidentinin planı Kreml rəhbəri ilə razılığa gəlmək idi, lakin bu, baş tutmadı. Ukrayna və Rusiya zavodları minlərlə yeni dron istehsal edir. Moskva Ukraynanın hava hücumundan müdafiə sistemlərini aldatmaq üçün hazırlanmış çoxlu sayda yayındırıcı sistemlərdən istifadə etdiyinə görə müharibə getdikcə mürəkkəbləşir. Eyni zamanda, Ukrayna hərbi qüvvələri Rusiya bazalarına və hərbi texnika istehsal edən zavodlara zərbələr endirir. Ukrayna Prezidenti Vladimir Zelenski də Trampın susmasının Putini ruhlandırdığını deyib", - məqalədə qeyd olunub.

Tarix
2025.05.26 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla