Yuxarı

Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi

İrəvanla Tiflis arasında münasibətlərdə etimad böhranı yaranıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Suren Surenyants bildirib.

“Gürcüstan Ermənistandan böyük partiyanın, 10 min gülün idxalını qadağan edib. Rəsmi açıqlamaya görə, Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı keçid məntəqəsində yoxlamalar zamanı gürcü gömrükçüləri bitkilərdə karantin zərərvericisi aşkar ediblər.

Artıq bir aydan çoxdur ki, erməni brendi və şərab ixracatçıları da Gürcüstanda aparılan lazımsız yoxlamalar və maneələrdən şikayətlənir, nəticədə Rusiya və digər ölkələrə gedən yük maşınları həftələrlə Gürcüstan gömrük postlarında ilişib qalır. Məsələ dünən Gürcüstanın kənd təsərrüfatı nazirinin İrəvana səfəri zamanı müzakirə edilməli idi.

Lakin iyunun 6-da Gürcüstanın kənd təsərrüfatı naziri David Sonqulaşvilinin Ermənistana səfəri ləğv edilib, bir gün əvvəl isə Gürcüstan Xarici İşlər Nazirliyi Ermənistanın futbol üzrə milli komandasının Gürcüstanda qeydiyyatda olan təyyarə ilə Kosovaya çarter reysi həyata keçirməsinə icazə verməyib.

Ermənistan-Gürcüstan münasibətləri hazırda əməkdaşlıq və gərginlik elementlərinin birləşdiyi çətin mərhələdədir. Aydındır ki, İrəvanla Tiflis arasında münasibətlərdə etimad böhranı yaranıb”, - o qeyd edib.

Tarix
2025.06.07 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla