Yuxarı

Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?

Rusiyaya məxsus Su-35 təyyarəsini Ukraynada mövcud olan qırıcı təyyarələrdən buraxılmış “hava-hava” tipli raket vurmuş ola bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Boqdan Dolinç bildirib.

“7 iyunda Kursk vilayəti üzərində Su-35 təyyarəsinin vurulması məsələsinə gəldikdə, bu hadisə iki ehtimaldan biri ilə baş verə bilər. Birincisi - məsələn, F-16, “Miraj” və ya sovet istehsalı olan digər Ukrayna təyyarəsindən buraxılmış ‘hava-hava’ raketi. İkincisi – “yer-hava” tipli zenit raketləri, yəni “Patriot”, NASAMS və ya SAMP/T kompleksləridir”, – deyə ekspert vurğulayıb.

Dolinç xatırladıb ki, Su-35 təyyarəsi Rusiyanın ən müasir çoxməqsədli döyüş təyyarələrindən biridir və 4+ nəsil təyyarələrə aiddir. Düşmən bu təyyarələrdən əsasən idarə olunan bombalar (Kab) daşımaq və ya “hava-yer” və “hava-hava” tipli raketlər buraxmaq üçün istifadə edir.

Ekspertin sözlərinə görə, genişmiqyaslı işğaldan əvvəl Rusiya ordusunda bu tip təxminən 120 təyyarə var idi, hazırda isə müxtəlif qiymətləndirmələrə görə, onların sayı 80 civarındadır.

Analitik qeyd edib ki, əgər Su-35 təyyarəsi Rusiyanın hava məkanında məhv edilibsə, bu zaman böyük ehtimalla “hava-hava” tipli raketdən istifadə olunub.

Tarix
2025.06.08 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla