Yuxarı

Kremlin Bakıdan istəyi: Bunu KTMT-dən tələb edibmi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlin Bakıdan istəyi: Bunu KTMT-dən tələb edibmi?

Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandırmasının təsadüfi, yəni “dil sürüşməsi” olmadığını göstərir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Rusiyanın dövlət agentliyinin bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb:

“Həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin “RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır: “Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”.

Maraqlıdır, Kreml bu “istəyini” ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirib. Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi?”

Ekspert bildirib ki, Azərbaycanın işğal edilən əraziləri Rusiya ərazisi kimi tanıması mümkün deyil:

“Ona görə də Kremldən və rusiyalı rəsmilərdən, deputatlardan və diplomatlardan Azərbaycana münasibətdə əvvəlkitək təxribatlar gözləməliyik”.

Tarix
2025.06.11 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla