Yuxarı

Şimali İrlandiyada iğtişaşlar: 15 polis yaralandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimali İrlandiyada iğtişaşlar: 15 polis yaralandı

Şimali İrlandiyanın Ballimena şəhərində baş verən iğtişaşlar zamanı azı 15 polis əməkdaşı xəsarət alıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, polisə qarşı müxtəlif partlayıcı və küt alətlərlə hücumlar edilib, iki xidməti avtomobilə ziyan dəyib.

Şimali İrlandiya Polis Xidməti (PSNI) bildirib ki, zorakılıq hadisələri şəhərdə cinsi təcavüzə məruz qaldığı iddia edilən qızın ailəsinə dəstək məqsədilə keçirilən dinc etiraz aksiyasından sonra baş verib. Polis əməkdaşları hadisə yerində kütləni müşahidə və təhlükəsizliyi təmin etmək məqsədilə iştirak edirdilər. Lakin bir qrup maskalı şəxs dinc aksiya iştirakçılarından ayrılaraq barrikadalar qurub, müxtəlif əşyaları silah kimi toplayaraq polisə və mülki obyektlərə hücum edib.

Hazırda hadisə ilə bağlı bir nəfər saxlanılıb. Hadisə nəticəsində bir sıra binalara ziyan dəyib. PSNI-nin baş komissarı ictimaiyyəti sakitliyə və məsuliyyətli davranışa çağırıb.

Tarix
2025.06.11 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla